Space-in yerində Mədəniyyət kanalı

Bir neçə gündür ki, “Türksat” peykində yayımlanan Space telekanalının tezliyində, fevralın 14-dən efirə çıxacağı bildirilən Mədəniyyət kanalının test yayımı başlanıb. Space kanalının öz yerindən yox olması tamaşaçıların marağına səbəb olub.

Məsələni dəqiqləşdirmək üçün Rabitə Teleradio İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin rəhbəri Qulam Abdullayev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, kanalın tezliyi dəyişdirilib. Onun sözlərinə görə, kanal artıq bu tezlikdə yayımlanır: Türksat 3A42.0 E, tezlik: 12.577, H, axın sürəti: 2590.

Space teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyev də Milli.Az xəbər portalına faktı təsdiqlədi. Onun sözlərinə görə, kanal əvvəllər Türksat peykinin “Azərbaycan” paketində yayımlanırdı. Bundan sonra həmin paketdə yalnız Az.TV, İdman, Mədəniyyət və İctimai telekanallar yamılanacaq. Ona görə də Space telekanalı yayımını yeni tezlikdə davam etdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO