“Sosial Media Akademiyası” layihəsinin icrasına başlanılıb

Nizami Kinoteatrın konfrans zalında “Sosial Media Akademiyası” layihəsinin açılış mərasimi keçirilib. Açılışda “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “1News” İnformasiya Agentliyinin və “Bakinskiy Raboçiy” qəzetinin rəhbəri Rəhman Hacıyev iştirak ediblər.

SalamNews-un məlumatına görə, açılış mərasimində Rauf Mərdiyev deyib ki, ölkə prezidenti tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texologiyaları ili” elan edilməsi ilə “İrəli” İctimai Birliyi İKT sahəsində gənclərin fəallığının artırılması istiqamətində fəaliyyətini gücləndirib. “Sosial Media Akademiyası” bu fəaliyyət planına daxil olan və icrasına başlanılan ilk layihədir.

Layihənin əsas məqsədi gənclərin sosial media və onun yaratdığı imkanlar barəsində məlumatlandırılması, sosial media alətlərindən səmərəli istifadə vərdişlərinin formalaşdırılması, sosial təşəbbüslər və layihələrin yeni media resursları ilə inteqrasiyasıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO