Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (Soros) Şəffaflıq və İfadə Azadlığı proqramı tərəfindən aparılan “Media və İctimai Vəsaitlərin Şəffaflığı” layihəsi çərçivəsində jurnalist müsabiqəsində qalib gəlmiş araşdırma müəlliflərinin adlarını açıqlayıb.
Fonddan Modern.az-a daxil olan siyahıya görə, 8 jurnalist müsabiqənin qalibi olub.
Bu qaliblərdən dörd nəfəri müsabiqənin zaman şərtini pozduğu üçün mükafat ala bilməyəcək.
Siyahını təqdim edirik:
Qaliblər:
– Rəna Allahverdiyeva – “Sabirabadın Kürdənsonrakı abadlığı”- 85.2 xal (2-ci yer, mukafat:1500 USD)
– Səadət Akifqızı – “Duza qoyulmuş milyonlar” 82.2 xal (2-ci yer, müsabiqənin zaman şərti pozulduğundan mukafat almır)
– Qurban Yaquboğlu – “Pulqıran maşınlar” 65.2 xal (3-ci yer, mukafat: 1000 USD)
– Nicat Dağlar – “Aqrolizinq, yoxsa aqrotalan?” 79.6 xal (3-cü yür, müsabiqənin yazı məhdudiyyəti şərti pozulduğundan mukafat almır)
– Vüsalə Rüstəmova – “Gübrə bazarında şok maxinasiyalar” 65 xal (3-cü yer, mükafat:1000 USD)
– Cavid Xəlilov – «Индекс прозрачности субсидирования в Азербайджане» 71.4 xal (3-cü yer, mükafat:1000 USD)
– Elxan Salahov – “Soyuducu anbarlar boş qalıb” 77 xal (3-cü yer, müsabiqənin zaman şərti pozulduğundan mukafat almır)
– Şahnaz Bəylərqızı – “İntellektual sistem, yoxsa milyonların yuyulması?” 79 xal (3-cü yer, müsabiqənin zaman şərti pozulduğundan mukafat almır)
ACİ-YF ən yaxşı 5 yazının ictimai vəkilik işini təşkil edəcək.
Modern.az