Soros Fondu qalib jurnalistlərin adlarını açıqlayıb

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun “Media və ictimai vəsaitlərin şəffaflığı” mövzusunda elan etdiyi jurnalist müsabiqəsinin ilk – konsepsiya mərhələsinin nəticələri məlum olub.
Fonddan Modern.az-a bildirilib ki, 20 konsepsiya ilk mərhələdən keçərək, araşdırma müsabiqəsində iştirak imkanı qazanıb.

Qaliblər aşağıdakı jurnalistlərdir:

“Dövlət vəsaitləri hesabına yaşıllaşdırma işləri” – Kəbiran Dilavərli;
“Son illərdə Az-a ictimai vəsaitlərin istifadəsi ilə bağlı icra olunan layəhələrə cəlb edilən off-şor şirkətləri” – Anar Orucov;
“Fiziki və əqli qüsurlu uşaqların internat evlərində saxlanılması ilə bağlı xərclər” – Aytən Fərhadova;
“Paytaxt və bölgələrdə istilik təchizatında mövcud problemlər” – Əfsun Sucayev;
“İctimai vəsaitlər hesabına əvvəlki illərdə inşa olunmuş müalicə diaqnoztika mərkəzlərinin fəaliyyətlərinin araşdırılması” – Elxan Salahov;
“Avroviziya müsabiqəsinin təşkili ilə bağlı xərclərin araşdırılması” – Elşad Paşasoy;
“Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasına sərf olunacaq xərclər” – Esmiralda Cavadova;
“Son 3 il ərzində Azerenerji ASC-nin və onun yerli qurumlarınını elektron tipli enerji sayğaclarının alınması və quraşdırılması” -Fərman Nəbiyev;
“Yaradıcı sahələrə ayrılan büdcə vəsaiti” – Gülər Mehdizadə;
“Ölkənin içməli su təchizatı və kanalizasiya sisteminin qurulmasi layihələrinə 2011-ci il dövlət büdcəsindən Azərsu ASC-yə ayrılan 500 milyon manatın xərclənməsi” – Hicran Hamidova;
“Возведение и раставрация спортивно-развлекательных комплексов” – Ceyran Bayramova;
“Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasına sərf olunacaq xərclər” – Arifə Kazımova;
“İctimai vəsaitlər hesabına inşa olunan Oilmpiya İdman komplekslərinin fəaliyyəti” – Nüşabə Fətullayeva;
“Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasına sərf olunacaq vəsaitlər” – Pərvanə Bayramova;
“Eurovision-2012 mahnı yarışması ərəfəsində sosial infrastrukturun yaşılaşmasına ayrılacaq xərclərin şəffaflığı” – Şahnaz Bəylərqızı;
“Ekoloji layihələrə ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik” – Vüsal Məmmədov;
“Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasına sərf edilən vəsaitlər” – Vüsalə Rüstəmova;
“Kənd yollarının çəkilməsinə ayrılan vəsaitin xərclənməsində şəffaflıq” – Xalid Vahidoğlu;
“Regionların içməli su təchizatı və kanalizasiya sisteminin qurulması layihələrinə ayrılan büdcə vəsaitləri və kreditlərin şəffaflıq və səmərəliliyinin araşdırılması” – Zülfüqar Hüseynzadə;
“Сколько стоит интеллектуальная система управления транспортом” – Kamal Əli;

Jurnalistlərin təqdim etdikləri konsepsiyalar anonim şəkildə juri üzvləri tərəfindən 2 meyar əsasında və 20 ballıq sistemlə qiymətləndirilib.

Yazı müəllifləri konsepsiya üzrə araşdırma yazılarını çap etdikdən sonra nəzərdə tutulmuş pul mükafati ilə (175 AZN) təltif ediləcəklər.

Növbəti mərhələdə qaliblər araşdırma mərhələsində iştirak imkanı qazanır. Həmin mərhələnin ümumi mükafat fondu isə 7000 AZN-dir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO