Sənət adamları “Qəzet oxuyursunuzmu ” sualını cavablandırdı

“Media forum” saytı sənət adamlarına “Qəzet oxuyursunuzmu” sualı ilə müraciət edib.

Aktyor Yaşar Nuri: – Həmişə oxuyuram. Latın qrafikası ilə zəif oxuduğuma görə rusdilli qəzetlərə üstünlük verirəm. Əlimə nə düşdü oxuyuram. Ancaq ən çox oxuduğum qəzetlər “Eхо”, “Yejednevniye novosti”, “525-ci qəzet”dir.

Aktrisa Firəngiz Mütəllibova: – Həmişə qəzet alıram. Fərqi yoxdur iqtidaryönlü və ya müxalif qəzet, vaxt tapıb oxuyuram – “Azərbaycan”, “Mədəniyyət”, “Yeni Müsavat”… Son vaxtlar xəbər saytları geniş yayılıb. Onları da oxumağa həvəsim çoxdur. Ancaq vaxtım az olduğundan internetdən də sən deyən istifadə edə bilmirəm.

Bəstəkar Fərhad Bədəlbəyli: – “525-ci qəzet”i, “Eхо” və “Yeni Müsavat”ı oxuyuram. İnternet səhifələri ilə də tez-tez maraqlanıram. Daha çox “1news”, “Media forum” saytlarına nəzər yetirirəm.

Bəstəkar Eldar Mansurov: – Qabaqlar oxuyurdum, indi tamamilə imtina etmişəm. Qəzet-jurnalı oxumuram. Çünki əsəbiləşirəm. Heç internet səhifələrini də izləmirəm. Gündəlik məlumatları televiziya vasitəsi ilə izləyirəm.

Müğənni Flora Kərimova: – Qəzet oxumaq hər bir kəsə lazımdır. Gündəlik qəzetlərə baxıram. “Mədəniyyət” qəzetini daha çox oxuyuram. İndi internet əsridir. Ancaq internetə vaxt ayıra bilmirəm. Baxmayaraq ki, marağım çoxdur.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO