“Sən sevgidən yuxarısan ” adlı kitab

“Vektor” Nəşrlər Evində şair Sevinc Mürvətqızının “Sən sevgidən yuxarısan” kitabı işıq üzü görüb.
Kitabda şairin dərc edilən 80-dən çox şeiri, 4 hekayəsi toplanıb.
Fikrət Sadıq, Bəhmən Vətənoğlu, Tofiq Abdin və başqalarının dövrü mətbuatda Sevinc Mürvətqızı haqqında yazdıqları fikirlər də kitabda yer alıb.
Kitabı oxuyarkən “Gəlsin bu gecənin sabahı”, “Azərbaycan türkünə”, “Anam” və başqa şeirlərdə müəllifin sabaha inamı öz əksini tapıb.
S.Mürvətqızı “Vektor” Beynəlxalq Elm Mərkəzinin (BEM) Şahmar Əkbərzadə adına beynəlxalq ədəbiyyat mükafatına layiq görülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO