“Sevgi fəsli ” kitabının təqdimatı olacaq

"Sevgi fəsli" kitabının təqdimatı olacaqMayın 19-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasıda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə işıq üzü görən “Sevgi fəsli” kitabının təqdimat mərasimi reallaşacaq. “Bakı – İslam mədəniyyətinin paytaxtıdır – 2009” tədbirləri çərçivəsində nəşr edilən kitabda İslam ölkələri şairlərinin şeirləri toplanıb. Müxtəlif ədəbi nəsilləri təmsil edən söz ustaları əsasən İslami -mədəni-mənəvi dəyərlərin, insan sevgisinin vəsfinə nail olub, duyğu və düşüncələrini obrazlı ifadə etməyi bacarıblar. “Sevgi fəsi”ndə Türkiyə, İraq, İran, Özbəkistan, Qazaxıstan, Pakistan, Misir, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Fələstin, Livan, Tatarıstan, Abxaziya və təbii ki, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrinin şeirləri daxil edilib. “Çinar-çap” nəşriyyatında buraxılan kitabın tərtibçisi və redaktoru Ağacəfər Həsənlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO