Azərbaycan Mətbuat Şurası “Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi” mövzusunda layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan layihə oktyabrın 11-dən noyabrın 11-dən davam edəcək.
Layihə çərçivəsində ölkənin tanınan, ictimai fikrə təsir göstərən 60-dək gündəlik və həftəlik qəzetinin seçki ilə bağlı materiallarının monitorinqi aparılacaq. Monitorinqin nəticələri həftəlik bülletenlər vasitəsilə ictimaiyyətə çatdırılacaq. Layihə çərçivəsində, həmçinin, seçki günü Mətbuat Şurasında “qaynar xətt”in yaradılması nəzərdə tutulur. �urnalistlər bu rejimdə işləyən telefon nömrələrinə zəng edərək, seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə məlumat vermək imkanı əldə edəcək. Qeyd edək ki, layihənin yekunları ilə bağlı kitabçanın buraxılması da nəzərdə tutulur.