Səbailin icra başçısı: “Jurnalistlərin binası sentyabrda istifadəyə veriləcək”

“Səbail rayonu ərazisində KİV işçiləri üçün nəzərdə tutulmuş yeni bina 2013-cü ilin sentyabr ayında istifadəyə veriləcək”. Modern.az bildirir ki, bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2012-ci ilin yekunlarına dair hesabat verərkən deyib.

İcra başçısı hesabatında bildirib ki, hazırda 16 mərtəbəli, 146 mənzilli binada işlər davam etdirilir.

“Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 16 mərtəbəli, 146 mənzilli yeni binanın tikintisi aparılır və 2013-cü ilin sentyabr ayında bina istifadəyə veriləcək”-deyə hesabatda vurğulanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO