San-Fransiskonun qocaman qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib

Lakin qəzeti buraxan Hearst Corporation şirkətinin nümayəndələri yaxın həftələr ərzində nəşrin maliyyə durumunun yaxşılaşmayacağı təqdirdə ya bağlanacağı, yaxud da satılacağını bəyan ediblər. Hələlik konkret alıcı haqqında məlumat verilmir. AP agentliyi yaxın vaxtlarda qəzetdə ixtisarların olma ehtimalını qeyd etməklə, təkcə elə xəbərlər şöbəsində 275 nəfərin çalışdığını yazır.

Hearst Corporation tarixcəsi 144 il olan nəşri 2000-ci ildə 660 milyon dollara əldə edib. Lakin son illərdə San Francisco Chronicle qəzetinin reklam gəlirləri kəskin surətdə azalmağa başlayıb və 2008-ci ildə nəşrə 50 milyon dollar məbləğində ziyan dəyib.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO