Hörmətli soydaşlarımız və dünyanın bütün ölkələrində yaşayan dindaşlarımız!
Sizlərə özünün gerçək mahiyyətinə rəğmən əsrlərin sınağından çıxıb gəlmiş Müqəddəs Qurban Bayramı münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.
Qurban Bayramı tarixdə və dini inanclarda bir barış günü olmaqla bərabər, yer üzünün əşrəfi sayılan insanların Böyük Yaradana hədsiz sevgilərinin təsdiqi günü kimi də xarakterizə olunur. Azərbaycanlı qardaş-bacılarımıza və bütün dünya müsəlmanlarına bu bayramdan sevinc payı düşməsini arzulayırıq. Uca tanrıdan isə bu bayram günündə diləyimiz torpaqlarımızın bütövlüyü, xalqımızın qayğısız yaşamasıdır. Arzularınız çin, bayramınız mübarək olsun!
Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi