SAMF lahiyəyə yekun vurdu

Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa vurub. Layihənin yekun təqdimatı “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda keçirilmiş dəyirmi masada ictimai müzakirəyə çıxarılmışdır. İşgal altında olan rayonların mədəniyyət şöbələrinin və muzey rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, QHT və KİV təmsilçiləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Fondun icraçı drektoru Vüqar Tofiqli layihənin əsas məqsədinin respublika üzrə erməni işğalı altında olan rayonların tarix-diyarşünaslıq müzeylərinin internet resursunun yaradılması və muzeylərarası əməkdaşlığa nail olmaq, habelə virtual tarix-diyarşünaslıq muzeylərinin internet şəbəkəsini yaratmaqla əlaqəli məlumatlar bazası sistemi əsasında Azərbaycan regionlarının mədəni-tarixi irsi obyektlərı haqqında bilgiləri geniş ictimaiyyətə çatdırmaq olduğunu bildirmişdir. Çıxışında ötən müddət ərzində layihə çərçivəsində işğal altında olan 9 rayonun mədəniyyət şöbələrinin müdirləri və tarix diyarşünaslıq muzeylərinin direktorları ilə görüşlər təşkil edildiyini qeyd edən fond rəsmisi daha sonra qeyd etmişdir ki, layihənin icrası prosesində xeyli məlumatlar toplanılmış, habelə fondun müraciəti nəticəsində 300-dək eksponatın fotosurətləri çıxarılmışdır. Fond layihə çərçivəsində həyata keçirilən işlərin daha məzmunlu və səmərəli nəticəsi üçün öz imkanları hesabına www.diyarshunasliq.az resursunu hazırlamışdır. Qeyd edilməlidir ki, işğal altında olan rayonlardan yalnız üçü-Şuşa, Füzuli və Cəbrayıl rayon muzeylərinin eksponat fondundan qismən materialları çıxara bilmişlər. Zəngilan, Qubadlı, Agdam, Kəlbəcər, Xocalı və Laçın rayon muzeylərinin eksponatları tamamilə erməni işğalı altında qalmışdır.
Sözügedən istiqamətdə fondun apardığı təhlillərdən belə qənaətə gələ bilərik ki, bütünlükdə 9 rayonun tarix-diyarşünaslıq muzeylərinin vəziyyəti bu gün heç də qənaətbəxş sayıla bilməz. Laçın, Agdam, Qubadlı və Füzuli rayon muzeyləri hazırda fəaliyyətini qismən bərpa etmiş, fondlarda 1000-dək eksponat toplanılmışdır. Bir tərəfdən birotaqlı, şəraitsiz yerlərdə fəaliyyət göstərmələri, digər tərəfdən havasızlıq, həm muzey əməkdaşlarının normal fəaliyyətinə, həm də min bir əziyyətlə toplanmış eksponatların saxlanılmasına ciddi təsir edir.
Vəziyyətdən çıxış yolu kimi fondun təkliflərindən danışan V.Tofiqli qeyd etmişdir ki, bu gün işğal altında olan rayonların tarix-diyarşünaslıq müzeylərinin birləşmiş mərkəzinin inşasına ehtiyac görürük. Məhz bu muzey kompleksi vasitəsi ilə gələcək nəslə, cəmiyyətə, beynəlxalq ictimaiyyətə işğalın vurduğu maddi və mənəvi zərbəni əyani şəkildə, habelə daha geniş və məzmunlu formada çatdıra bilərik. Muzey kompleksində hər bir rayonun tarixi-mədəni irsi barədə məlumat və eksponatların nümayişi çox böyük səmərə verə bilər. Bu proseslərə vətəndaş cəmiyyətinin cəlb edilməsi prosesin həyata keçirilməsini daha da sürətləndirər. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başladığı gündən bu məsələnin diqqət mərkəzində saxlamasını və bir sıra iri həcmli layihənin icrasına dəstək verməsi də təqdirəlayiq hal kimi sayılmalıdır. Bundan əlavə qeyd olunan istiqamətdə çalışan muzey əməkdaşlarının sosial vəziyyətinin artırılması da diqqətdən kənarda qalmamalıdır. Qeyd edək ki, hazırda yuxarıda adları çəklilən rayonlarda muzey əməkdaşlarının orta aylıq əməkhaqqı 90-120 manat civarındadır. Çıxışın yekununda www.diyarshunasliq.az internet resursu ictimai müzkirəyə verilmişdir. İcraçı direktorun sözlərinə görə, layihə başa çatsa da fond öz imkanları hesabına əvvəlcə işğlal olunmuş ərazilərə birişik rayonlardakı tarix diyarşünaslıq muzeyləri haqqında, sonra isə digər rayonlara fəaliyyətdə olan muzeylər barəsində məlumatları toplayaraq sayta yerləşdirəcək. Müzakirələrdə millət vəkili Flora Qasımova, Mədəinyyət və Turizm nazirliyinin şöbə müdiuri Filət Bbayev, QHT-ə Dövlət Dəstəyi Şurasını üzvü Dilarə Vəliyeva, Cəbrayıl Tarix diyar şünaslıq muzeyinin direktoru Taryel Abbaslı, QHT təmsilçiləri Faiq İsmayılov, Vahid Qazı, Rey Kərim oğlu mövzu ətrafinda öz fikir və mülahizlərini bildirmişlər.
Söz Azadlığını Müdafiə Fondu 14/01/2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO