SAMF “KİV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirəcək

SAMF “KİV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirəcək Oktyabr ayının 27-i saat 12-00 da “Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “Söz Azadlığını Müdafiə Fondu”nun (SAMF) təşkilatçılığı ilə “Kütləvi informasiya vasitələrində peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda Dəyirmi Masa keçiriləcək. Fondun yaydığı məlumatda bildirilir ki, tədbirdə mütəxəssislərin iştirakı ilə analoji problemin geniş müzakirəsi nəzərdə tutulur. Tədbirə ekspertlər, hüquqşünaslar, jurnalistlərlə bərabər KİV-də peşəkarlıq probleminin həllinə bilavasitə kömək edə bilmək iqtidarında olan KİV rəhbərləri də dəvətlidirlər.
Dəyirmi Masada aparılan müzakirələrdə qeyri-peşəkarcasına hazırlanmış bəsit məzmunlu televeriliş və çap məhsullarından söhbət açılacaq, yaranmış problemdən xilas yolları ilə bağlı fikir mübadiləsi aparılacaq. Fond gələcəkdə də bu istiqamətdə müzakirələrini davam etdirmək niyyətindədir.
SAMF
http://azfreespeech.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO