SAMF “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirəcək

SAMF “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirəcəkSöz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa vurub. Qeyd edək ki, üç ay ərzində layihə çərçivəsində işğal altında olan tarix-diyarşünaslıq muzeyləri barəsində geniş informasiya bazası yaradılmış, 300-dən artıq eksponatın surətləri çıxarılmış, o cümlədən muzeylərin hazırki fəaliyyəti ilə baglı çoxsaylı görüşlər keçirilmişdir. Bununla yanaşı toplanılmış materiallar əsasında www.diyarshunasliq.az informasiya portalı istifadəyə verilmişdir… Layihənin yekun təqdimatı “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda keçiriləcək Dəyirmi Masada ictimai müzakirəyə çıxarılacaq. Dəyirmi masanın yanvar ayının 14-də saat 12-00 “Kaspian plaza” Biznes Mərkəzinin konfrans zalında keçirilməsi qərara alınıb. İşgal altında olan rayonların mədəniyyət şöbələrinin və muzey rəhbərlərinin iştirakı ilə keçiriləcək tədbirə dövlət rəsmiləri, muzey rəhbərləri, QHT və KİV təmsilçiləri dəvətlidirlər. Söz Azadlığını Müdafiə Fondu

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO