SAMF Bərdə diyarşünaslıq muzeyində görüş keçirib

SAMF Bərdə diyarşünaslıq muzeyində görüş keçiribGörüşdə çıxış edən SAMF-ın icraçı direktoru Vüqar Tofiqli fondun Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə görüş iştirakçılarna geniş məlumat vermişdir Söz Azadlığını Müdafiə Fondu Bərdə Tarix-Diyarşünaslıq muzeyində görüş keçirmişdir. Görüşdə muzeyin direktoru İradə Quliyeva muzeyin yaranma tarixindən, eksponatların mühafizəsindən, gündəlik fəaliyyətlərindən danışaraq qeyd etmişdir ki, son 3 ildə muzeyə iki mindən artıq eksponat toplanılmışdır. Eksponatlar arasında yaşı beş yüz il ildən artıq əmək alətləri də vardır. Hər gün onlarca qonaga xidmət göstərdiklərini qeyd edən Muzey direktoru təhsil ocaqları ilə sıx əlaqə yaratdıqlarını da bildirmişdir.
Görüşdə çıxış edən SAMF-ın icraçı direktoru Vüqar Tofiqli fondun Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə görüş iştirakçılarna geniş məlumat vermişdir. Layihənin əsas məqsədinin respublika üzrə erməni işğalı altında olan rayonların tarix-diyarşünaslıq müzeylərinin internet resursunun yaradılması və muzeylərarası əməkdaşlığın qurulması, habelə virtual tarix-diyarşünaslıq muzeylərinin internet şəbəkəsini yaratmaqla əlaqəli məlumat bazası əsasında Azərbaycan regionlarının mədəni-tarixi irsi obyektlərı haqqında bilgiləri geniş ictimaiyyətə çatdırmaq olduğunu qeyd edən V.Tofiqli www.diyarshunasliq.az internet resursunu təqdim etmişdir. Saytda Bərdə muzeyi haqqında məlumatın yerləşdirildiyini bildirərək, muzey haqqında daha geniş informasiya və eksponatların şəkillərinin yerləşdirilməsinə ehtiyac olduğunu bildirmişdir.
Görüşdə muzeyin direktoru İradə Quliyeva QHT sektoru ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinı maraqlı olduqlarını vurğulamışdır. Tədbirdə muzeyin fəaliyyətindəki problemlər və inkişaf istiqamətləri barəsində fikir mübadiləsi də aparılmışdır.

Söz Azadlığını Müdafiə Fondu
09/02/2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO