SAMF Azərbaycan dilinin qorunması problemini müzakirəyə çıxaracaq

SAMF Azərbaycan dilinin qorunması problemini müzakirəyə çıxaracaqSöz Azadlığını Müdafiə Fondu (SAMF) 27 aprel 2010-cu il tarixdə saat 11.00-da Kaspian Plaza Biznes Mərkəzinin konfrans zalında “Azərbaycan dilinin qorunması: media, reklam və etnoqrafiya müstəvisində” mövzusunda dəyirmi masa keçirəcək. Fondun təmsilçiləri dəyirmi masada Azərbaycan dilinin qorunmasını zərurətə çevirən milli və dövlətçilik mövqeli elementləri geniş müzakirələrə təqdim etmək niyyətindədir. Bu sahədə yaranan ciddi problemlərin ictimailəşdirilməsini nəzərdə tutan tədbirdə kollektiv həmçinin “dövlət dilinin qorunmasına vətəndaş nəzarətini stimullaşdıracaq QHT təmsilçilərindən ibarət işçi qrupunun” yaradılması təklifini də müzakirəyə çıxaracaq. Bununla yanaşı tədbirdə təşkilatın son iki ay ərzində paytaxtın küçə reklamlarında dövlət dilinin qorunmasi ilə apardiği monitorinqlər barəsində məlumat veriləcək. Dəyirmi masanın işinə mütəxəssislər, dilçi alimlər, hüquqşünaslar, KİV təmsilçiləri dəvətlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO