SAMF Avropa Parlamenti məruzəçisinin erməni separatçılarına dəstəyini pisləyir

SAMF Avropa Parlamenti məruzəçisinin erməni separatçılarına dəstəyini pisləyir Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi Tomaş Poreba bir neçə gün əvvəl rəsmi Bakının razılığı olmadan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Beynəlxalq öhdəliklərə birmənalı şəkildə zidd olan bu qanunsuz səfər zamanı Tomaş Poreba qondarma “Dağlıq Qarabağ Respublikası”nın “liderləri” ilə görüşərək, qondarma qurumun təmsilçilərinə heç bir hüquqi qüvvəsi olmayan vədlər verib. Məruzəçi həmçinin bu vədlərlə də kifayətlənməyərək, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünə qəsd sayıla biləcək bəyanatlar səsləndirib. SAMF vətəndaş cəmiyyətinin bütün təmsilçilərini Tomaş Porebanın qanunsuz səfərinə kəskin etirazlarını bildirməyə çağırır və onun heç bir hüquqi, mənəvi çərçivəyə sığmayan bu özbaşınalığını beynəlxalq diplomatiya etikasına tamamilə zidd hərəkət kimi qiymətləndirir.
SAMF hesab edir ki, Tomaş Pareba Qarabağ konfliktinə ikili standartlar prizmasından yanaşdığından, onun obyektivlik hissini itirdiyi artıq heç kimdə şübhə doğurmamalıdır. Məruzəçinin bütün dünyanın Azərbaycanın subyekti kimi tanıdığı, faktiki işğal altında olan Dağlıq Qarabağa özbaşına etdiyi səfər onun Ermənistanın işğalçılıq siyasətinə və millətçi separatizmə dəstəyi kimi dəyərləndirilməlidir. Beynəlxalq hüquq normalarına belə kobud şəkildə hörmətsizlik göstərən məruzəçi ölkəmizin ərazi hüdudlarına buraxılmamaqla rəsmi dövlət qurumları tərəfindən Azərbaycanda persona non-qrata elan edilməli, onun bu qanunsuz addımları bütün dünya ölkələrinin və beynəlxalq miqyasda sülhü dəstəkləyən təşkilatların diqqətinə çatdırılmalıdır.
SAMF
23/12/2010

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO