AMEA-nın Şərqşünaslıq İnstitutunda XIV əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Salman Savəcinin həyat və yaradıcılığına həsr olunmuş kitab çapdan çıxıb.
Monoqrafiyada filologiya elmləri namizədi Mahmud Fətiyev Salman Savəcinin həyatı və bədii irsi ilə əlaqədar faktiki materialları üzə çıxararaq təhlil edib.
Əsərdə şairin bədii yaradıcılığı ilə bağlı qəzəllərinin əsas ideya-məzmun özəlliklərindən bəhs edilir, ictimai-siyasi məzmunlu qəsidə və rübailəri nəzərdən keçirilir. Nəşrdə Savəcinin epik əsərləri – “Cəmşid və Xurşid” və “Fərağnamə” poemalarının təhlili də yer alıb.