SalamNews İA və İnterAZ televiziyasının əməkdaşları Vergilər Nazirliyinin sertifikatına layiq görülüblər

Şamaxıda Vergilər Nazirliyinin KİV-lər üçün təşkil etdiyi seminarda SalamNews informasiya agentliyinin və İnterAZ televiziyasının əməkdaşları sertifikata layiq görülüblər.

SalamNews xəbər verir ki, dünən Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində KİV əməkdaşları üçün “Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda işə başlayan seminarın ikinci günündə, “Golden Pay” şirkətinin təsisçisi Fəriq İsmayılov ölkədə “elektron ticarət: mövcud vəziyyət və perspektivlər” , Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev ölkədə “Nağdsız hesablaşmaların tətbiqində vətəndaş cəmiyyətinin rolu”, Vergilər Nazirliyinin Analtik-informasiya şöbəsinin baş vergi müfəttişi Rövşən Məmmədov ölkədə “nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsində təbliğat işinin rolu” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda ölkənin bir sıra KİV əməkdaşlarına sertifikatlar verilib.

Seminar işini başa çatdırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO