SalamNews İA Azərbaycanda informasiya agentliyi nominasiyası üzrə “İlin bir nömrəli brendi ” milli mükafatına layiq görülüb

Dünən Bakıda BUTA PALACE konsert kompleksində “Brand Award Azerbaijan – 2011” milli mükafatının rəsmi təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, mərasimdə www.brandaward.az saytında keçirilmiş internet-səsvermədə qalib gəlmiş şirkətlərə “Azərbaycanda nömrə bir brend” nominasiyasında brendlər təqdim olunub.

Təltifetmə mərasimində çıxış edən “Brand Award Azerbaijan – 2011” milli mükafatının prezidenti və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun baş icraçı direktoru Telman Əliyev sorğunun 2011-ci il mayın 10-dan bu il aprelin 20-dək keçirildiyini və dünyanın 50 ölkəsindən 100 min səsin toplandığını deyib. Onun sözlərinə görə, qeyri-neft sektorunu təmsil edən hər brend minlərlə insanın əməyi nəticəsində meydana gəlib.

O deyib: “İlk təltifetmə mərasimində iştirak edən şirkətlərin yalnız 35 faizi Azərbaycanı təmsil edirdisə, builki mükafatlandırma mərasimində qalib gəlmiş şirkətlərin 70 faizi Azərbaycanı təmsil edir. Ölkədə sahibkarlığa göstərilən qayğı sayəsində yeni istehsal müəssisələri açılıb. Hazırda həmin şirkətlərin dünyanın 50-dən çox ölkəsinə mal ixrac edir. Bütün bunlar Azərbaycan Prezidenti, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) Fəxri sədri İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir”.

T.Əliyev ökədə və regionda sahibkarlığın inkişafında göstərdiyi dəstəyə görə, tədbir iştirakçıları adından dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilirb. Mərasimdə SalamNews İnformasiya Agentliyi informasiya agentliyi nominasiyası üzrə “İlin bir nömrəli brendi” mükafatına layiq görülüb. Mükafatı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin agentliyin icraçı direktoru Rəna Əkbərovaya təqdim edib.

Xatırladaq ki, qaliblərə mükafatları Türkiyənin, Rusiyanın, Niderlandın, Gürcüstanın və Moldovanın Azərbaycandakı səfirləri Hulusi Kılıç, Vladimir Doroxin, Aryen Uyterlinde, Teymuraz Şaraşenidze və İqor Bodyu tərəfindən verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO