Sabah 4 xanım jurnalist Türkiyəyə gedəcək

Bu barədə Modern.az saytına “Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı məlumat verib.
Qeyd edək ki, Sevil Yusifova, Nigar Almanqızı, Arzu Şirinova, Həbibə Abdulladan ibarət Azərbaycan nümayəndə heyəti Türk Hava Yollarının təşkilatçılığı ilə Türkiyəyə səfər edəcək. Xanım jurnalistlər bu səfər çərçivəsində İstanbul şəhərində açılan ticarət mərkəzi ilə yaxından tanış olacaqlar. Türk Hava Yollarının sponsorluğu ilə baş tutacaq səfərdə Azərbaycanla yanaşı, türk dilində danışan bütün ölkələrdən də jurnalistlər iştirak edəcək.

N.Almanqızı qeyd edib ki, iki günlük səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımı ilə bağlı Türkiyənin bir neçə universitetlərində tədbirlər keçirəcəklər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO