“Russkaya jizn” jurnalı öz fəaliyyətini dayandırıb. Bu barədə OpenSpace portalına jurnalın baş redaktoru Dmitri Olşanski məlumat verib. Onun sözlərinə görə, jurnalın bağlanmasının əsas səbəblərindən biri maliyyə çətinlikləridir.
Olşanski qeyd edib ki, nəşrin satış tirajının qismən qaydaya salınmış sisteminə baxmayaraq, “Russkaya jizn” öz-özlüyündə tanınmış brend təsiri bağışlamadığı üçün, məşhur KİV-lərə aid olmadığı üçün və iri nəşriyyat evinə daxil olmadığı üçün dövri mətbuat bazarında nəzərə çarpmadan qalırdı.
Buna baxmayaraq, baş redaktor jurnalın yenidən fəaliyyət göstərməsi üçün səy göstərəcəyini bildirib. “Biz jurnalın formasından asılı olmayaraq yenidən nəşr edilməsində maraqlı olan istənilən strukturun fikrini eşitməyə hazırıq” – Olşanski qeyd edib.
OpenSpace portalına müsahibə verərkən baş redaktor iki il əvvəl “Russkaya jizn” jurnalı fəaliyyətə başlayarkən onun kommersiya baxımından uğurlu olacağını gözləmədiyini də bildirib.
“Russkaya jizn” jurnalının bağlanması haqqında şaiyələr hələ bu ilin mayından dolaşmağa başlamışdı. Tezliklə bu informasiya öz təsdiqini tapdı. Aydın oldu ki, redaksiyada jurnalın son iki nömrəsini hazırlayırlar. 2009-cu il iyunun 3-də sonuncu – 55-ci nömrəsi çıxan jurnal “Ölüm” rəmzi başlığı ilə çap olunmuşdu.
www.newsru.com