Moskvada, Prezident-hoteldə tanınmış Rusiya tarixçisi Aleksandr Qoryaninin və ictimai xadim Aleksandr Sevastyanovun “Ruslara Azərbaycan və azərbaycanlılar haqqında” kitabının təqdimatı olub. Tədbirdə çıxış edən A.Qoryanin deyib: “İki xalq arasında dostluq və müttəfiqlik- bu, həmin münasibətlərin hər iki tərəf üçün qarşılıqlı faydalı və ümdə məsələ olduğuna inanan kitab müəlliflərinin son məqsədidir.” Azərbaycanın və Rusiyanın bir-çox mədəniyyət və ictimaiyyət xadiminin qatıldığı təqdimat mərasimi Rusiyadakı azərbaycanlıların “Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti” təşkilatı tərəfindən təşkil olunub.