Rusiyanın Gürcüstandakı sülhməramlıları Polşa jurnalistlərini azad ediblər

Jurnalistlərdən biri Dariuş Boxatkeviçin sözlərinə görə, əvvəlcə onları və sürücünü cəsus biliblər. Boxatkeviçin sözlərinə görə, onlarla normal rəftar ediblər, evə zəng etməyə icazə veriblər, həmçinin müsadirə olunmuş avadanlıq, mobil telefonlar və pulları qaytarıblar.

Cənubi Osetiya prezidenti yanında insan hüquqları üzrə müvəkkil David Sanakoyev «İnterfaks» agentliyinə Polşa jurnalistlərinin Arseu kəndi yaxınlığında saxlanıldığını, sonra isə Rusiya sülhməramlılarına təhvil verildiyini deyib. Onun sözlərinə görə, Karaletidə jurnalistləri Polşanın ATƏT-dəki nümayəndəsi qarşılamalıdır.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO