Rusiyalı mütəxəssis Bakıda treninq keçəcək

Rusiyalı mütəxəssis Bakıda treninq keçəcəkAzərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 0ktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-ci illər üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.2 bölməsinin icrası ilə əlaqədar kitabxanaların informasiyalaşdırılması işi həyata keçirilir. Bu sahədə beynəlxalq təcrübəni öyrənmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasından tanınmış mütəxəssis, Beynəlxalq EBNİT Assosiasiyasının vitze-prezidenti Kirril Sokolinski Azərbaycana dəvət olunub.
K.Sokolinskinin Bakıya səfəri zamanı ölkə kitabxanaçıları üçün Elektron kataloq, Elektron kiitabxanalar, kitabxanaların elektron resurslarının İnternet qlobal şəbəkəsinə çıxarılması sahəsində 5 günlük treninqlər keçiriləcək. Teninqlərə ölkənin bir çox kitabxanalarının əməkdaşları qatılacaqlar. Treninqlərdə sənədlərin elektron çatdırılması, Veb-saytlar, onların yaradılması və İnternet qlobal şəbəkəsində yerləşdirilməsi, Veb-saytlara əlavə və dəyişikliklərin edilməsi, WEB İrbisin əsas funksiyaları, Apache proqramının quraşdırılması, biblioqrafik bazaların yaradılması, Z39.50 şlyuzunun tətbiqi və s. məsələlər tədris olunacaq.
Treninqlər 22 – 25 fevral tarixlərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçiriləcək.
Treninqin sonuncu günü iştirakçılara sertifikatlar təqdim olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO