Rusiyalı jurnalistin Qəbələ və Bakı barədə təəssüratı

Azərbaycanda ilin ən böyük mədəniyyət hadisəsi sayılan Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş İkinci Qəbələ Beynəlxalq musiqi festivalı bir həftədən çox olaraq başa çatsa da, dünya mətbuatı bu festivalın nəticələri barədə yazmaqda davam edir. Festivalı əvvəldən axıradək izləyən “İzvestiya” qəzetinin müxbiri Valeri Qrinberq oxucuları ilə Qəbələ təəssüratlarını bölüşərkən bu füsunkar diyarın təbii gözəlliklərindən xüsusi söz açır. Onun festivalla bağlı dərc etdirdiyi yazılarda regionumuzun əsrarəngiz təbiəti, tarixi və insanlarından da bəhs olunur. “Qafqaz Albaniyasında musiqi Məkkəsi” adlı məqaləsində müəllif festival boyunca dünya səviyyəli musiqiçilərin bir-birini əvəz etmələrini, Azərbaycan və dünya klassik musiqisinin incilərini şövqlə səsləndirmələrini vurğulayıb.
Bakıya da səfər edən jurnalist Bakıda böyük quruculuq işlərinin getdiyini qeyd edib. Jurnalist Azərbaycan mətbəxinin zənginliyindən bəhs edərkən belə yazıb: “Dünyanın heç bir ölkəsində əti Azərbaycandakı kimi dadlı qızartmırlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO