Rusiya jurnalistləri CNN telekanalını Cənubi Osetiyadan kadrları saxtalaşdırmaqda qınayıblar

Sentyabrın 8-də Qafqazdakı hadisələrə həsr olunmuş «dəyirmi masa»nın gedişində “Russia Today” telekanalın müxbiri Nikolay Baranov bildirib ki, CNN Cənubi Osetiyanın dağıdılmış Tsinvali şəhəri və Abxaziyanın Kodor dərəsindən olan kadrları Rusiya aviasiyasının zərbələrindən sonra Gürcüstanın Qori şəhərində aparılmış çəkiliş kimi təqdim edib. Agentliyin nümayəndələri ilə şəxsi söhbət zamanı CNN əməkdaşları saxtalaşdırma haqqında versiyaları təkzib edərək eyni zamanda münaqişənin işıqlandırılmasında bəzi uyğunsuzluqları da istisna etməyiblər. Qərb jurnalistlərinin sözlərinə görə, Gürcüstan hakimiyyəti məmnuniyyətlə onlarla əlaqəyə girdiyi halda, Rusiya hərbçiləri münaqişə zonasında işləməyə icazə vermirdilər.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO