Rusiya Dövlət Dumasında jurnalistlərin cinayət məsuliyyətindən mühafizə edilməsi haqqında qanun layihəsi hazırlanıb

Rusiya Dövlət Dumasında jurnalistlərin cinayət məsuliyyətindən mühafizə edilməsi haqqında qanun layihəsi hazırlanıbRusiya Dövlət Dumasında “Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun”a düzəlişlər edilib. Bu düzəlişlər jurnalistlərin işinin hüquqi qarantiyasına aiddir. Bu barədə Dumanın İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Boris Reznik məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə jurnalistlərin hüquqlarını dövlət hüquqları ilə bərabərləşdirmək təklif olunur. “Bizim fikrimizcə, KİV nümayəndələri rəsmi qurumların nümayəndələri kimi onları gözləyən hər cür təhlükədən hüquqi münasibətlər əsasında qorunmalıdırlar, əsasən də onların həyatına təhlükə yaranarkən” – Reznik deyib. Bununla əlaqədar olaraq jurnalisti öldürən şəxs 20 il, həmçinin ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır.
Komitənin sədr müavininin sözlərinə görə, qanuna edilən digər düzəlişlər xüsusi xidmət orqanlarını mətbuatla münasibətlər qurmağa “həvəsləndirəcək”. Yeni tətbiq edilmiş müddəalarda jurnalistlərin təqib olunması məsələsi də var. Reznik deyib ki, jurnalistlər də digər peşənin insanları kimi mətnlərin hazırlanmasında, audio və video materialların hazırlanmasında səhvə yol verə bilərlər. Bu zaman onlara “böhtan” maddəsi ilə cinayət işi açılır. “Biz jurnalistlərin sözünü müdafiə etmək istəyirik və jurnalistlərə cəzanı Cinayət Məcəlləsi ilə yox, İnzibati Xətalar Məcəlləsi ilə cərimə sanksiyaları əsasında verilməsini tövsiyyə edirik” deyə Reznik bildirib. O, həmçinin qeyd edib ki, bütün dünyada bu cür yanaşma tərzi var və Rusiya da istisna olmamalıdır

www. Lenizdat.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO