Rusdilli ədəbiyyat sahəsində ən yaxşı əsərlərin mükafatlandırma mərasimi olub

Rusdilli ədəbiyyat sahəsində ən yaxşı əsərlərin mükafatlandırma mərasimi olubRusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycanda rusdilli ədəbiyyat: vəziyyət və problemlər” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində “Qranat” mükafatının təqdimetmə mərasimini baş tutub. Rus dilli ədəbiyyat sahəsində “Proza” (laureat Aytən Aqşin) və “Poeziya” (laureat Fikriyə Muradlı) nominasiyasında təqdim olunan mükafatlandırma mərasimi “Şəfəq” Azərbaycan Mədəniyyət İşçilərinin Assosiasiyası tərəfindən təşkil olunub. Mükafatın əsas məqsədi müasir ədəbiyyatın inkişafıdır. “Şəfəq” Azərbaycan Mədəniyyət İşçilərinin Assosiasiyasının nümayəndəsi Həsən Quliyev 2010-cu ildə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, “Ədəbiyyat körpüsü” və “Ötən qatar” seriyasından üçüncü almanaxda çap olunub.
Dəyirmi masada müasir rusdilli ədəbiyyatın problemləri, rus dilinə tərcümə, gənclərin ədəbiyyatda yerləri məsələləri müzakirə olunub, “Şəfəq” Azərbaycan Mədəniyyət İşçilərinin Assosiasiyası tərəfindən və “Dostluq” əbədi klubun birgə hazırladıqları azərbaycanlı müəlliflərin rus dilində yaratdıqları əsərlərindən ibarət toplunun təqdimatı olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO