Rus dilli yazarlar üçün beynəlxalq bədii müsabiqə elan edilir

Rus dilli yazarlar üçün beynəlxalq bədii müsabiqə elan edilirRusiya Mədəniyyət Fondu və Rusiyanın Uşaq Kitabı Şurası Sergey Mixalkov adına beynəlxalq bədii müsabiqə elan edir. Rusiyanın İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, 2010-cu ildə keçiriləcək müsabiqədə rus dilində yazan əcnəbi müəlliflər iştirak edəcək. Müsabiqənin sonunda yeniyetmələr üçün ən yaxşı bədii əsər seçiləcək.

Müsabiqədə iştirak etmək istəyənlər daha ətraflı məlumat almaq və anketlə tanış olmaq üçün www.rbby.ru и www.culture.ru saytlarına müraciət edə bilərlər. Bundan əlavə, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidməti ilə (012-497-01-59 nömrəli telefonla) əlaqə saxlamaq olar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO