Rus dilində çap olunan nəşrlər

Rus dilində çap olunan nəşrlərAMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun iki kitabı – “Azərbaycan aşıq sənəti. Göyçə mühiti” və “Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığında” Kazan şəhərində rus dilində işıq üzü görüb. “Azərbaycan aşıq sənəti. Göyçə mühiti” kitabının redaktorları filologiya elmləri doktorları R.İslamov və F.Urmançiyev, rəyçiləri akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü Nizami Cəfərov, tərcüməçisi Bayram Ağayevdir. Monoqrafiyanın redaktoru R.İslamov, rəyçiləri filologiya elmləri doktoru, professor A.Hacılı və filologiya elmləri namizədi A.Xəlildir. Üç fəsildən ibarət əsərdə müəllif aşıq mühitini ətraflı işıqlandırmağa çalışıb.
“Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığında” əsərində görkəmli ədəbiyyatşünas, tənqidçi, akademik Məmməd Arifin rus ədəbiyyatı ilə bağlı araşdırmaları təhlil olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO