Rəsul Rzanın Göyçayda ev-muzeyi açılacaq

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq şairi Rəsul Rzanın 100 illik yubileyi ilə bağlı müxtəlif bölgələrdə silsilə tədbirlər keçiriləcək. Tədbirlər çərçivəsində şairin doğulub boya-başa çatdığı Göyçayda da yubiley mərasimləri təşkil olunacaq. Bu barədə məlumatı AZADİNFORM-a Göyçay rayon İcra Hakimiyyətindən veriblər. Göyçayda həmçinin şairin ev-muzeyi də açılacaq. Qeyd edək ki, R.Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında prezident İlham Əliyev bir müddət əvvəl müvafiq Sərəncam imzalayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO