Rəsul Rza ilə bağlı vebsaytın təqdimatı olub

Rəsul Rza ilə bağlı vebsaytın təqdimatı olubMuzey Mərkəzində Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, XX əsr poeziyamızın ən parlaq simalarından biri olan xalq şairi Rəsul Rzanın əsərlərindən ibarət kitabların və şairə həsr olunmuş vebsaytın təqdimat mərasimi reallaşıb. Mərasimdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edən mərasim iştirakçıları Rəsul Rzanın bütün həyatını və yaradıcılığını əks etdirən saytla tanış olublar. Sayt əsasən 3 hissədən ibarətdir və şairin həm ömür yolunu, həm də yaradıcılıq bioqrafiyasını, çoxşaxəli fəaliyyətini dolğun şəkildə işıqlandırır. Burada şairin şəkilləri, onun haqqında xatirələr, yaradıcılığından bəhs edən materiallar, şeirlərinə bəstələnmiş mahnılar yerləşdirilib. Tariyel Məmmədov tərəfindən hazırlanan vebsayt ədəbiyyatsevərlər, şairin yaradıcılığının vurğunları tərəfindən maraqla qarşılanacaq bir səviyyədə tərtib olunub. Rəsul Rzanın əsərlərinin toplandığı və mərasimdə ictimaiyyətə təqdim olunan kitablar da şairin ədəbi yaradıcılığını əks etdirmək baxımından diqqətəlayiqdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO