“Şərq filologiyası məsələləri ” toplusunun 4-cü buraxılışı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı çapdan çıxıb. AMEA-dan verilən məlumata görə, topluda ərəb, fars və türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb. Toplunun ərəb filologiyası bölməsində “Mağara” simvolizmi, “Min bir gecə” nağılları, İran filologiyası bölməsində Nizaminin meracnamələri, Hafiz və Nəsimi şeirlərində “Can” və “Cahan” anlayışlarının poetik-irfani dəyərləri, İslam inqilabı ərəfəsində İran hekayəsi, “Təzkürətül-övliya” əsərinin konseptual məqamları, Cami və Füzulinin “Hədisi ərbəin” əsərlərinin müqayisəsi əks olunub. Türk filologiyası bölməsində isə türk aşıq ədəbiyyatının inkişaf tarixi, satiranın nəzəri məsələləri, yeni türk hekayəçiliyinin formalaşması, türkcədən Azərbaycan dilinə tərcümənin leksik-semantik problemləri, Nazim Hikmətin dramaturgiyası və şərq folklor qaynaqlarından və digər məqalələrdən bəhs olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO