Rostovda çıxan qəzetin döyülən baş redaktoru vəfat edib

Rostovda yerli “Korrupsiya və cinayət” qəzetinin bu ilin aprelində döyülən baş redaktoru Vyaçeslav Yaroşenko vəfat edib. Azadlıq radiosunun bildirdiyinə görə, o, vəziyyəti ağırlaşarkən göndərildiyi xəstəxanada vəfat edib.

Dəqiqləşmiş məlumata görə, baş redaktor döyüləndən sonra bir neçə gün koma vəziyyətində olmaqla bir ay müddətində xəstəxanada yatıb. Onu evə buraxandan sonra yenidən halı pisləşib.

Daha əvvəl xəbər verildiyi kimi, aprelin 30-u gecə saatlarında Vyaçeslav Yaroçenkoya naməlum şəxslər tərəfindən hücüm edilmişdi. Döyülmə nəticəsində o, ciddi kəllə-beyin travması almışdı.

Baş redaktorun həmkarlarının dediyinə görə, ona olan hücumlar məqalələri ilə bağlı olub. Azadlıq radiosu bildirib ki, hüquq-mühafizə orqanları sözügedən hücumla bağlı cinayət işi açmayıblar, belə ki, onlar jurnalistin bədbəxt hadisə nəticəsində xəsarət aldığını qeyd edirdilər.

O da qeyd olunur ki, iki il bundan əvvəl “Korruösiya və cinayət” qəzetinin digər əməkdaşı – şef-redaktor Sergey Sleptsov da hücuma məruz qalmışdı. Ona hücum edənlərin kimliyi indiyə kimi qaranlıq qalıb.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO