“Rənglər ” və “Rəngli yuxular ” Belqradda işıq üzü görüb

"Rənglər" və "Rəngli yuxular" Belqradda işıq üzü görübXalq şairi Rəsul Rzanın “Rənglər” və “Rəngli yuxular” silsilələri Serbiyanın paytaxtı Belqradda kitab şəklində dörd dildə nəşr edilib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən məlumat verilib. Şeirləri serb dilinə Maja Teziç, rus dilinə Boris Slutski, David Samoylov, Yunna Morits, Leon Toom, Alla Axundova, Muza Pavlova, ingilis dilinə Aynur Hacıyeva, fransız dilinə Hamlet Qoca və Şamil Zaman çeviriblər. Kitabda “Rənglər” silsiləsi və ümumiyyətlə Rəsul Rzanın yaradıcılığı haqqında tanınmış mədəniyyət və incəsənət xadimlərinin fikirləri yer alıb. Qeyd edək ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan kitaba AYB-nin sədri, Rəsul Rzanın oğlu Anar geniş ön söz yazıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO