“İrəli ” İctimai Birliyi “Yeni Media Akademiya” layihəsinin icrasına başlayıb

“İrəli” İctimai Birliyi (İB) Gənclik Mərkəzində “Yeni Media Akademiya” layihəsinə start verilib.

İB-dən SalamNews-a verilən məlumata görə, akademiyanın ilk dərs günündə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri namizədi Vüsal Quliyev gənclərə “Media Hüququ” fənnindən dərs keçib və mətbuat azadlığından danışıb.

Akademiyanın ilk dərs günündə gənclərin iştirakı ilə debat da baş tutub.

Xatırladaq ki, layihəyə 120 nəfər ərizə ilə müraciət edib. Seçim iki hissə olmaqla yazı və müsahibə yolu ilə aparılıb və sonda 30 nəfər akademiyada iştirak hüququ qazanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO