“Reytinq ” qəzeti niyə çıxmır?

“Reytinq” qəzeti son iki həftədir nəşr olunmur. Qəzetin maliyyə problemləri ilə üzləşdiyi bildirlir. Bununla bağlı qəzet redaksiyası ilə əlaqə saxladıqda məlum oldu ki, kollektiv yay məzuniyyətinə çıxıb.
Qəzetin redaktoru Seymur Verdizadə Modern.az-a bildirdi ki, “Reytinq” sentyabr ayınınn 1-dən fəaliyyətini bərpa edəcək.

“Reytinq” qəzeti sentyabrdan ciddi analitik məqalələr, özəl informasiyalar, tərəfsiz köşə yazıları vəd edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO