“REUTERS” Agentliyinin baş redaktoru dəyişdi

“Reuters” informasiya agentliyinin baş redaktoru dəyişib. “Media forum” saytı xəbər verir ki, fevralın 7-də baş redaktor postunu tərk edən Devid Şlezingerin yerinə “BusinessWeek” jurnalının keçmiş baş redaktoru Stiven Adler təyin olunub.

“Reuters” informasiya agentliyi “Thomson Reuters“ şirkətinə daxildir. Stiven Adler həmçinin “Thomson Reuters“in xəbərlər sahəsi üzrə vitse-prezidenti təyin edilib.

Bu dəyişikliklər “Thomson Reuters“ şirkəti ilə “Thomson” media korporasiyasının birləşməsinə yönəlmiş strategiyanın tərkib hissəsi kimi həyata keçirilib.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO