“Reket qəzet”lərin siyahısı açıqlanır, bəs nəticəsi hanı?

Son vaxtlar Mətbuat Şurası tərəfindən “reket qəzet”lərlə bağlı yeni-yeni siyahıların açıqlanmasına öyrəncəli olmuşuq. Qurum hazırda “reket nəşr”lərə dair daha bir neçə şikayəti araşdırır və tezliklə yeni bir siyahının elan olunması mümkündür.

Adları “qara siyahı”ya düşən “reket nəşrlər” deyəsən heç bundan narahat da deyillər və əvvəlki kimi fəaliyyətlərini davam etdirirlər. Necə deyərlər, “dəyirman öz işindədir, çax-çaxı baş ağrıdır”. Belə olan halda hər kəsi müəyyən suallar düşündürür: “reket nəşr”lərin siyahısı elan edildi, bəs nəticə nə olacaq? Mətbuat Şurasının bu qəbildən olan qərarları hansısa inzibati orqan tərəfindən adekvat hüquqi addımla tənzimlənməlidirmi?

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Modern.az-a bildirib ki, bu qurum reket qəzetlərin siyahılarını mərhələlərlə açıqlayıb. “Mətbuat Şurasının apardığı araşdırmalar nəticəsində respublikamızın media bazarında çoxlu “reket qəzet”lərin olduğu aşkar edildi. Biz həmin qəzetlərin adlarını ictimaiyyətə elan etdik. Bugünədək 90-a qəzet və jurnal “reket” elan olunub”.
Mətbuat Şurası öz işini bu cür siyahıları elan etməklə bitmiş hesab edirmi?
R.Hüseynzadə deyib ki, Mətbuat Şurası hüquqi qurum olmadığından “reket qəzet”lərin fəaliyyəti ilə bağlı digər tədbir görə bilmir. “Bununla inzibati orqanlar məşğul olmalıdırlar. Əlbəttə ki, bizim mövqeyimiz də həmin orqanların işində bir praktik baza rolunu oynayır. Bir media mütəxəssisi kimi deyə bilərəm ki, sözügedən istiqamətdə apardığımpız fəaliyyət kursu müəyyən müsbət təsir göstərməkdədir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO