Reket qəzetləri maliyyələşdirən imkanlı və səlahiyyətli insanlar…

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun APA-ya müsahibəsi

– “Reket mətbuat” anlayışının özünü nədir və bu tip mətbuat necə formalaşdı?

– Azərbaycan müstəqillik qazanandan sonra qəzet açmaq və jurnalist fəaliyyətilə məşğul olmaq sadələşdirildi. Çoxdan “müxbirlik etmək” arzusuna düşənlərin çiçəyi çırtladı. Onlar nəinki müxbir vəsiqəsi qazandılar, hətta “redaktor kreslosuna” oturdular. Həm də “redaktor” adı belələrinə balaca gəldi. Beş-altı işçisi olanlar da özlərini “baş redaktor” kimi təqdim etdilər. Buna da birtəhər dözmək olardı. Amma onlar söz deməyə mənəvi haqlarının olmadığını anlamadılar.

Başqa sahələrdən gələnlər, hətta bəzən ali təhsili olmayanlar belə qəzet açdılar, jurnalist kimi fəaliyyət göstərməyə başladılar. Təbii ki, bu tip “qəzetçi”lərin məqsədi heç də operativ, obyektiv, tərəfsiz və qərəzsiz informasiya toplayıb cəmiyyətə çatdırmaq deyildi. İlk dövrlərdə “müxbirlik” və “redaktorluq” həsrətilə yananlar “pul verən ünvanları” əldən-ayaqdan salıb, tərif yazmaqla adamların xoş damarını tutub pul alırdılar. Amma bu tərifçilərin sayı artdıqca “bazarları” kasadlaşırdı. Artıq belələrinə pul verənlər gündə neçə müxbir “yola salmaqdan” bezirdi. Odur ki, üzlərinə açılan qapıların sayı getdikcə azalırdı. Qəzetin adı ilə qapı-qapı düşənlər asan yolla pul qazanmağın və dolanışığın mümkünlüyünü öyrəndiklərindən, üzlərinə bağlanan qapıları gördükcə aqressivləşdilər. Bu vaxt da sifarişli yazılar meydana çıxdı.

Amma bu vəziyyət uzun sürə bilməzdi. Ölkədə media sahəsindəki mükəmməl qanunvericilik bazasının loyal təbiətinin yaratdığı mövcud imkanlardan sui-istifadəyə “dur” deyiləcəkdi. Mətbuat Şurasının yaranması və fəaliyyətini ilk növbədə bu baxımdan dəyərləndirmək olar. Şuranın mübarizəsi o qədər də asan və sadə deyil. Çünki ötən dövrdə bir nəfər bir neçə qəzet təsis edib, qəzetləri “reket” elan edildikcə, yenilərini dövriyyəyə buraxırdı. “Qəzet reketçiliyi” ilə məşğul olanlar artıq öz aralarında əlaqə və fəaliyyət birliyi yaratmışdılar. İndinin özündə də birləşərək əlbir hərəkət edənlər, bir-birinə “yağlı fakt” ötürərək “xeyir” verənlər az deyil. Burada müxtəlif pullu, imkanlı və hətta səlahiyyətli insanların əlinin altında qəzetlər qrupundan ibarət “qoçular” saxlaması da xüsusi vurğulanmalıdır. Onlar il boyu belə qəzetlərin buraxılışını maliyyələşdirir, lazım gələndə açıq, yaxud gizli formada dəstəkləyirlər, belə deyək, xata-bəladan qoruyub sovuşdururlar.

– Son vaxtlar Mətbuat Şurasının “qara siyahı”sına düşən KİV-lər birləşərək Şuraya qarşı məhkəmə iddiaları qaldırır. Sizcə, bu hücumlar total xarakter daşımır ki?

– Əlbəttə, haradasa əlbirlik var. Burada söhbət Şuraya təzyiq etmək cəhdindən gedir. Çünki Mətbuat Şurasının “qara siyahısı” artıq xeyli məşhurlaşıb. İdarə və müəssisələr, qəzetlərlə əməkdaşlıq edən təşkilatlar qapılarının ağzına siyahıdan bir nüsxə yapışdırıblar və vaxtaşırı təzələyirlər. İnsanların və təşkilatların da müəyyən hüquqları var: kimlə əməkdaşlıq etmələrində, özlərinə və başçılıq etdikləri qurumlara dair informasiyaların hansı qəzetdə çıxmasını müəyyənləşdirməkdə müstəqildirlər. Həm də imici korlanmış, mətbuatın “qara siyahı”sına düşmüş qəzetlər və onların əməkdaşları ilə kim əlaqə saxlayar?! Digər tərəfdən, həddini aşan, getdiyi yerdən informasiya hazırlamağa yox, açıq desək, nə isə qoparmağa çalışan qəzetlərin təzyiq və təhdidinə məruz qoyulanlar da dərhal Mətbuat Şurasına müraciət edir, yaxud başqa niyyətlilərə bu barədə irəlicədən xəbərdarlıqlarını bildirir. Artıq insanlar mətbuatda təmizlik və obyektivlik, qərəzsizlik yaratmağa çalışan və bu yolda yorulmadan mübarizə aparan Mətbuat Şurasının mövcudluğundan qürur duyur və bunu heç də gizlətmir. Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı mübarizəsinə qısqanclıqla yanaşanlar, gözü götürməyənlər, hətta bundan qorxanlar da var. Adı “qara siyahı”ya düşənlər isə bəzən bizə düşmən münasibət bəsləyir. Çünki təqsiri özlərində və öz əməllərində axtarmırlar, Mətbuat Şurasının prinsipiallığında və qətiyyətli mövqeyində görürlər. Hətta gözdən pərdə asmaqdan ötrü Mətbuat Şurasını məhkəməyə verənlər də olur.

Bunun üzərində xüsusi dayanmaq istərdim. Elə bilirəm ki, ictimaiyyət məsələnin mahiyyəti barədə daha dolğun məlumat əldə etməlidir. Məsələn, sonuncu dəfə eyni yerdən idarə olunan, istiqamətləndirilən və maliyyələşdirilən üç KİV – “Mozalan” jurnalı, “Təzadlar” və “Gündəlik Bakı” qəzetləri Mətbuat Şurasını və onun sədrini məhkəməyə vermişdi. Əlbəttə, kim kimi istəsə məhkəməyə verə bilər. Təbii ki, söhbət son nəticədən gedir. Amma bu çəkişmələrdə elə qəribə məqamlar üzə çıxır ki, onların üzərindən sükutla keçmək mümkünsüzdür.

– Nəyi nəzərdə tutursunuz?

– Məsələn, Azərbaycanda “reket qəzet”lərin meydana gəlməsində, belə fəaliyyət “növünün” yayılmasında və yaşamasında “Mozalan” qəzetinin və onun sahibi Mövsüm Mövsümovun (Əşrəfoğlunun) xüsusi “xidmətləri” var. Qəzet səhifələrinə söyüş və təhqirin, şantaj və hədə-qorxunun gətirilməsi məhz bu qəzetin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində meydanda at oynadan “Mozalan” bir çox mənfur əməllərin də sahibidir. Bu gün də jurnal formasında meydana atılmaqla çirkin niyyətindən dönmək fikrində olmadığını göstərir. Qəribə görünən isə başqa şeydir. 1998-ci ilin əvvəllərində Ədliyyə Nazirliyi ilə Mətbuat və İnformasiya Nazirliyinin birgə iddiası əsasında (o zaman prosedur qayda belə idi) Yasamal Rayon Xalq Məhkəməsində “Mozalan” qəzetinin istehsalına və yayımına xitam verilməsi barədə məsələyə baxılıb, “Mozalan”a məxsus 118 nömrəli şəhadətnamə və qəzetin nizamnaməsi etibarsız hesab edilməklə nəşri dayandırılıb. Çox az təsadüf edilən haldır və görün “Mozalan” hansı oyunlardan çıxıb ki, məhkəmə onun fəaliyyətinə xitam vermək barədə qərar qəbul edib.

Maraqlıdır ki, 29 oktyabr 2002-ci ildə Ədliyyə Nazirliyi Mövsüm Əşrəfoğluna yenidən “Mozalan” adlı jurnal buraxmağa lisenziya verdi. Mövsümün bu inadkarlığının və “prinsipiallığının” mənasını başa düşürük. Bəs, dövlət qurumu onun qarşısında niyə geri çəkilib? Görəsən, Mövsüm Əşrəfoğlunu və “Mozalan”ı kim, həm də nə üçün reabilitasiya edib?! Hələ də bunu aydınlaşdırıb konkret cavab verən yoxdur! İstərdik ki, məsələyə Ədliyyə Nazirliyində yenidən baxılsın. Təbii ki, həmin təsisçinin eyni adlı nəşrlə eyni əməllərini – “reketçilik” fəaliyyətini illərdən bəri davam etdirə bilməsinə prinsipial qiymət verməklə.

– Bəs “Təzadlar” qəzeti?

– Burada vəziyyət fərqlidir. Mətbuat Şurası, demək olar, yaranandan “Təzadlar”la bağlı şikayətlərə baxmaqla məşğuldur. Qəzetin mətbu reketçilik dəst-xətti aydın idi. Ona düz yola qayıtması üçün xeyli vaxt da verilmişdi. Sonda qəzet nə etdi? Belə demək mümkünsə, “beynəlxalq reketliy”ə keçdi. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç barədə olmazın cəfəngiyyatlar yağdırdı. “Qara siyahı”ya salındı. Yenə sakitləşmədi. Mətbuat Şurasını və onun sədri Əflatun Amaşovu məhkəməyə verdi, 50 min manat pul tələb etdi. Məhkəmə müddətində öz qəzetində və özü ilə həmrəy olanların qəzetlərində mütəmadi olaraq Mətbuat Şurasını və onun sədri Əflatun Amaşovu nüfuzdan salmağa yönələn qərəzli materiallar verdi. Bununla məhkəməyə təsir göstərməyə, cavabdehlər barəsində mənfi rəy yaratmağa çalışdı. Mümkün olmadı, Nəsimi Rayon Məhkəməsi iddiaçı tərəfin bu “taktiki gediş”lərinə əhəmiyyət vermədən düzgün və ədalətli qərarını elan etdi. “Təzadlar”ın Əflatun Amaşova və Azərbaycan Mətbuat Şurasına qarşı iddiası təmin edilmədi. Nəşrin baş redaktoru Asif Məmmədov indi də məhkəmənin və hakimin üstünə düşüb.

Qəribə görünən başqa məqam da var. Gündə heç yüz ədədi satılmayan qəzetin sahibində bu qədər pul hardandır ki, “Azərbaycan” nəşriyyatında ofis kirayələyib saxlayır, işçilərin əməkhaqqını ödəyir, üstəlik, iki ay müddətində qəzetin bütün nömrələrini Mətbuat Şurasına, onun sədrinə, məhkəmənin hakiminə həsr edir. Kimdir onu maliyyələşdirən? Niyə ortaya çıxmaqdan qorxur? Nə səbəbə həmin şəxs dövlətdən qazandığı vəsaiti dövlət siyasətinin əksinə yönəlmiş işlərə sərf edir?!

– Məhkəmə prosesi davam edən müddətdə “Təzadlar” Mətbuat Şurasını, onun sədrini, İdarə Heyətinin bir neçə üzvünü hədəf seçmişdi və onlar barəsində böhtan xarakterli yazılar verirdi…

– Məhkəmə çəkişməsinə cəlb edilən tərəflərdən birinin KİV orqanı, həmin orqanın təsisçisi və ya həmin orqanda çalışan şəxslər olması məqamında ciddi problemlər yaranır. Belə ki, son dövrlərin təcrübəsi göstərir ki, bu cür hallarda, yəni məhkəmə çəkişməsinə cəlb olunmuş tərəflərdən biri KİV orqanı və ya ona asanlıqla çıxışı olan şəxs olduqda, həmin tərəf məhkəmə prosesi boyu proses barədə öz imkanlarından istifadə (əslində sui-istifadə) edərək prosesdə baş verənləri, bəzən də heç ümumiyyətlə baş verməyənləri öz maraqları baxımından, həm də faktları aşkar təhrif etməklə KİV vasitəsilə geniş ictimaiyyətə təqdim edir. Prosesdə iştirak edən digər tərəfin isə əksər hallarda belə imkanları olmur. Bu hal məhkəmə çəkişməsinə cəlb olunan tərəflərin Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə ziddir.

Bundan başqa, məhkəmə prosesinə cəlb edilmiş bir tərəfin həmin məhkəmə prosesi barədə davamlı olaraq öz maraqları baxımından, bir çox halda isə faktları və prosesdə baş verən hadisələri aşkar təhrif etməklə silsilə yazılar yazması və ya məlumatlar verməsi, bununla da ictimaiyyət arasında öz mövqelərinin əsaslı olmasına dair yanlış fikir formalaşdırmaq cəhdləri işə baxan məhkəmələrin də işinə kənar müdaxilə və təsir kimi qiymətləndirilməlidir.

Respublikamızda son dövrdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticələrinin tutarlı bəhrə verdiyi bir vaxtda ədalət mühakiməsinə inamın daha da artırılması və işə baxan məhkəmələri hər hansı kənar təsirdən qorumaq məqsədilə bu məsələlərin də qanunvericilik qaydasında tənzimlənməsinə ciddi zərurət yaranıb.

– Mətbuat Şurasına qarşı məhkəmə iddiası qaldıran qəzetlərdən biri də “Gündəlik Bakı” idi. Nəşrin hətta bir nömrəsi Şuraya etiraz əlaməti olaraq ağ çıxdı…

– Onu deyim ki, “reket qəzet”lər sırasında “Gündəlik Bakı” özünün aqressivliyi və radikallığı ilə daha çox seçilirdi. Havadarlarından və güclü maliyyə dəstəyindən irəli gələn mövcud xüsusiyyət onu fərqləndirir. Nəinki jurnalistikanın prinsiplərinə, hətta adi etik normalara və tərbiyə elementlərinə əməl etməyən bu qəzet öz fəaliyyətində yalnız zora güvənir. Uzun müddət hədəf seçərək hücumlara məruz qoyduğu iki obyektə diqqət yetirək. Azərbaycan Müdafiə Nazirliyi xeyli vaxt “Gündəlik Bakı” tərəfindən “top” və “raket” atəşinə tutulub. Özünü keçmiş döyüşçü hesab edən baş redaktor bu hədəfi təmiz niyyət və orduya olan məhəbbətinə görə seçməmişdi. Mətbuat Şurasındakı müzakirələr zamanı bəlli oldu ki, onlar bu “obyektə” tuşladılsalar da, şəxsi maraqların təmini cəhdi də arxa planda olmayıb.

Xətai Rayon İcra Hakimiyyəti başçısının fasiləsiz “gülləbaran” edilməsi də məkrli plandan doğan hücum əməliyyatı idi. Gizli sponsorlarından birinin sifarişini icra edən “Gündəlik Bakı” Xətai RİH-ə “müharibə elan etməklə” onun təslim olacağını və qamarlamaq istədiyi torpaq sahəsini qənimət kimi ələ keçirəcəklərini düşünürdü. Amma istəkləri boşa çıxdı. Onlara layiq olduqları adı verən Mətbuat Şurasından və onun sədrindən qisas almaq üçün Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət etdilər.

Hər dəfə öyrədilmiş çoxsaylı adamlarla məhkəmə prosesinə qatılan iddiaçı tərəf müxtəlif oyunbazlıqlar edirdi. Nəyi nəzərdə tutduğumu deyim. Cavabdeh tərəfin vəkili Şəmsəddin Əliyevin qeydlər etdiyi kağızlar iddiaçı tərəfin vəkili Zaur İbadov tərəfindən gizlicə götürülür, ona hücumlar olur, hətta itələyirlər. Başqa bir məqam: şahid qismində məhkəmə iclasına dəvət olunmuş Xətai RİH-in şöbə müdirləri P.İmanov və R.Quliyev “onlarda silah var” adı ilə şərlənir və cibləri axtarılır. Görəsən, qanunsuz axtarışa hakim niyə imkan verib və bu axtarış niyə sənədləşdirilməyib?

Qəribədir! Amma məhkəmə davam edən müddətdə dəhlizdə və zalda özbaşınalıqların, təpkilərin qarşısının alınmaması qəribəlik yox, hüquq pozuntusudur. Həmin vəziyyəti görənləri indi də bir sual düşündürür: “Gündəlik Bakı”ya belə loyal münasibət hardan və nədən qaynaqlanırdı?! Nə yaxşı ki, sonda ədalət zəfər çaldı!

Təsnifata görə, iqtisad məhkəmələri müqavilə, pul, əmlak və bu qəbildən olan digər mübahisələrə baxmalıdır. Şərəf və ləyaqətin müdafiəsi isə mənəviyyat məsələsidir, maddiyyat yox! Deməli, ümumi məhkəmələrin predmetidir. “Mozalan” jurnalında, yaxud “Gündəlik Bakı” qəzetində işləyənlərin bunu bilməməsi mümkündür. Çünki oralarda dərin savadlı adamlar və hüquqşünaslar yoxdur! Ola bilsin ki, iddiaçılar burada özlərinə müdafiəçi tapacaqlarına (qulağımıza çatan müəyyən söz-söhbəti təkrar etmirik) əmin olduqlarından iqtisad məhkəməsinə üz tutublar.

Bəs, iddia hansı prinsipə görə icraata qəbul edilib, məhkəmə baxışına çıxarılıb?! Axı ilk gündən bəlli idi ki, iddiaçılar tərəfindən hüquqi şəxs sayılan “Mozalan” jurnalı ilə “Gündəlik Bakı” qəzetindən başqa onların fiziki şəxs olan təsisçi və baş redaktorları Mövsüm Mövsümovla Habil Vəliyev də var. Cavabdeh tərəfdən isə Mətbuat Şurasının sədri Əflatun Amaşov da fiziki şəxs olaraq məhkəməyə cəlb olunmuşdu. Digər tərəfdən, şərəf və ləyaqətin qorunması fiziki şəxslərə xasdır, müəssisə və şirkətlərə yox. Başqa bir sual da doğur: 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində nə işlə məşğul olduqlarını bilmirlərsə, bunu nə zaman öyrənəcəklər?! Görəsən Nəsimi Rayon Məhkəməsində baxılan işi nə səbəbdən iddia verən A. Məmmədov təkidlə iqtisad məhkəməsinə keçirmək istəyirdi?! Biz bu sualları həm də Məhkəmə Hüquq Şurasına ünvanlayırıq. Onların məsələyə aydınlıq gətirəcəklərini və prinsipial qiymət verəcəklərini gözləyirik.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası aşağıda adları qeyd olunan nəşrləri jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə “qara siyahısı”na daxil edib:

Nəşrlərin adı

1. “Böyük Naxçıvan” qəzeti

2. “Dəryaz” qəzeti

3. “Gündəm” qəzeti

4. “Ədalət uğrunda+” qəzeti

5. “Media Azərbaycan” qəzeti

6. “Yeni dövr” qəzeti

7. “Azərbaycan gəncliyi” qəzeti

8. “�urnalist və qanun” qəzeti

9. “Vətən andı” qəzeti

10. “Ailə” qəzeti

11. “İdeal Azərbaycan” qəzeti

12. “Vətəndaş Hüququ” qəzeti

13. “İdeal” qəzeti

14. “Xüsusi Təhqiqat” qəzeti

15. “Taran” qəzeti

16. “Aydın Azərbaycan” qəzeti

17. “Naxçıvan press” qəzeti

18. “Azad press” qəzeti

19. “Avrotayms” qəzeti

20. “Kadr və tərəqqi” qəzeti

21. “Radikal” qəzeti

22. “Azadlıq və zaman” qəzeti

23. “Kriminal aləm” qəzeti

24. “Fakt” qəzeti

25. “Fakt+fakt” qəzeti

26. “Müstəqil dövlət” qəzeti

27. “Müasir Naxçıvan” qəzeti

28. “Nurlu səhər” qəzeti

29. “Azərbaycan yolu” qəzeti

30. “Dünyaya Qarabağ harayı” jurnalı

31. “Həftə sonu” qəzeti

32. “Xalq vəkili” qəzeti

33. “Regionun səsi” qəzeti

34. “Yeni Azərbaycan dünyası” qəzeti

35. “Molla Nəsrəddin” qəzeti

36. “Xronika” qəzeti

37. “Həqiqət naminə” qəzeti

38. “Qərbi Azərbaycan naminə” qəzeti

39. “Bizim respublika” qəzeti

40. “Azərbaycan övladı” qəzeti

41. “Azərbaycan reallığı” qəzeti

42. “Bakı press” qəzeti

43. “Gün” qəzeti

44. “Dövlət hüququ” qəzeti

45. “Naxçıvanın səsi” qəzeti

46. “Yeni olay” qəzeti

47. “Mayak” qəzeti

48. “�urnalist P.S.” qəzeti

49. “İstintaq” qəzeti

50. “Açıq fikir” qəzeti

51. “Yeni Azərbaycan bələdiyyəsi” qəzeti

52. “Qulp” qəzeti

53. “Dövlət qanunları” qəzeti

54. “Respublika qanunları” qəzeti

55. “Azərbaycan parlamenti” qəzeti

56. “Qanun çərçivəsi” qəzeti

57. “Həqiqət və reallıq” qəzeti

58. “Azərbaycan regionları” qəzeti

59. “7 gün+” qəzeti

60. “Parlamentin sədası” qəzeti

61. “Nota” qəzeti

62. “Bizim lider” qəzeti

63. “Müfəttiş” qəzeti

64. “Xalq nəzarəti+” qəzeti

65. “Qanun və gerçəklik” qəzeti

66. “Maliyyə nəzarəti” qəzeti

67. “Doğma respublika” qəzeti

68. “Reallıq” qəzeti

69. “Media və qanun” qəzeti

70. “Press İnform” qəzeti

71. “Korrupsiya və cəmiyyət” jurnalı

72. “Qanun və mühakimə” qəzeti

73. “Günəşli Azərbaycan” qəzeti

74. “Mühakimə” qəzeti

75. “Presedent” qəzeti

76. “Pressinq” qəzeti

77. “İrəvan press” qəzeti

78. “İynə” jurnalı

79. “Gün xəbər” qəzeti

80. “Son olay” qəzeti

81. “Qanun və nəzarət” qəzeti

82. “Hüquq və ittiham” qəzeti

83. “Xəbər xətti” qəzeti

84. “Təzadlar” qəzeti

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 21 iyul 2009-cu il tarixli iclasının qərarına əsasən xəbərdarlıq edilən mətbu nəşrlər

85. “Gündəm xəbər” qəzeti

86. “Qərb xəbərləri” qəzeti

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 30 dekabr 2009-cu il tarixli iclasının qərarı ilə “qara siyahı”ya salınan nəşrlər

87. “Tolerant Azərbaycan” qəzeti

88. “Gündəlik Bakı” qəzeti

89. “Güzgü” qəzeti

90. “Mozalan” jurnalı

91. “Dünya kriminalı” qəzeti

92. “Əsas xəbər” qəzeti

93. “Zərbə” qəzeti

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 30 dekabr 2009-cu il tarixli iclasının qərarına əsasən xəbərdarlıq edilən mətbu nəşrlər

94. “Bizim Vətən” qəzeti

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 23 aprel 2010-cu il tarixli iclasının qərarı ilə adları “qara siyahı”ya daxil edilən KİV-lər

95. “Türk Azərbaycan dünyası” qəzeti

96. “Azərbaycan tərəqqisi” qəzeti

97. “Qanun alidir” qəzeti

98. “Qanun və həyat”

99. “Söz azadlığı” qəzeti

100. “Detektiv press” qəzeti

101. “Azərbaycan və

iqtisadi yüksəliş” qəzeti

102. “Qulaqburması” jurnalı

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 23 aprel 2010-cu il tarixli iclasının qərarına əsasən xəbərdarlıq edilən mətbu nəşrlər

103. “Respublika gəncləri” qəzeti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO