Regionlarda çalışan jurnalistlər prezidentə müraciət ediblər

Regionlarda müasir nəşriyyat-poliqrafiya mərkəzlərinin yaradılmasına, bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə müsabiqədənkənar yardım ayrılmasına və peşəkar jurnalistlərin mükafatlandırılmasına yardım göstərilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət edilib.

Müraciət aprelin 19-da Mingəçevir Media Mərkəzində “Mingəçevir işıqları” qəzetinin və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə “Regional medianın durumu və perspektiv imkanları” mövzusunda keçirilən konfransda qəbul olunub.

“Media forum” saytının məlumatına görə, Bakı, Gəncə, Mingəçevir, Yevlax, Şəki, Oğuz və digər bölgələrdə fəaliyyət göstərən KİV nümayəndələrinin qatıldığı tədbirdə regional medianın vəziyyəti müzakirə edilib.

Müzakirələrdə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, “Mingəçevir işıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyeva, Mingəçevir Media Mərkəzinin rəhbəri Fərman Nəbiyev, “ELTV”-nin Xəbərlər Departamentinin rəhbəri İnqilab Şirinbəyli, “Gəncəbasar” qəzetinin təsisçisi İsmayıl Vəliyev və digər şəxslər çıxış ediblər.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO