Regional qəzetlərə də maliyyə yardımı ayrıla bilər

Regional mətbu orqanlara maliyyə yardımı edilə bilər. Bu açıqlamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatın 135 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Yevlaxda keçirilən konfransda bildirib. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlanan konfransda regionla yanaşı paytaxt jurnalistləri də iştirak edib. Regional konfransda mətbuatın problemlərinin həlli yollarının aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılarıq qeyd olunub ki region mətbuatı mərkəzin mətbuat orqanlarından bir sıra xüsusiyyətlərilə fərqlənir: “Reklam bazarının az olması peşəkarlığın nisbətən aşağı olması oxucu sayının kifayət qədər olmaması müəyyən problemlər yaradır. Ancaq Zərdabi demişkən “hər qəzet o vilayətin aynası olmalıdır”. Region həyatını mərkəzi qəzetdən çox regional qəzet işıqlandırır və bu baxımdan regional mətbuatın inkişafı Azərbaycan Mətbuat Şurası və digər qurumların diqqət mərkəzindədir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO