“Region ” TV ümumrespublika yayımına start verir

10 may tarixində ölkənin 10-cu müstəqil telekanalı  RegionTV  ümumrespublika yayımına start verəcək.

Modern.az xəbər verir ki, Ümummilli lider HeydərƏliyevin doğum  gününə  təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutacaq.

Hazırda  Region TV-ni açıq – rəqəmsal yayımda  Bakı və Abşeronyarımadasında izləmək mümkündür.

Eyni zamanda KTV, Ailə TV, ATV+  kabeloperatorlarında telekanalın yayımı həyata keçirilir. Yaxıngünlərdə  Connect Tv və BBTV-də də Region TV-ni izləmək mümkün olacaq.Telekanal həmçinin, Azersat –1 milli peyki vasitəsi ilə də yayımını həyata keçirir. Bölgələrdə isə yayım analoq rejimində həyata keçirlir. Yaxın 2 ay ərzində Region TV teləşəbəkəsinə daxil olan bütün regional telekanallarınyayımı  rəqəmsal formata keçəcək.

Region Tv-nin kollektivi cəmi 2 ay müddətində ümumrespublika yayımını həyata keçirmək üçün bütün lazımı hazırlıq prosesini keçib və artıq açılışa tam hazırdır. Hazırlıq mərhələsini uğurla başa vuran telekanal gələcəkdə  efir məkanımızı yeni və fərqli layihələrlə bəzəməyi də planlaşdırır.

Modern.az        

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO