Redaktorlar prezidentə məktub göndərdi

Onlar köşklər istəyir

Bir qrup KİV rəhbəri çap məhsullarının yayımında yaranmış böhranlı vəziyyətlə bağlı prezident İlham Əliyevə məktub göndərib.

Məktubda qeyd olunur ki, bir çox illərdir ki, çap məhsullarının yayım sistemində mövcud problemlər ağırlaşmaqda davam edir. Belə ki, son vaxtlar Bakı, Gəncə və Sumqayıtda “abadlaşdırma” adı altında qəzet köşkləri yığışdırılır. Kənd yerlərində vəziyyət daha gərgindir, orada ümumiyyətlə köşk yoxdur.

Yerli icra orqanları çap məhsullarının küçə satışı ilə məşğul olanlara ciddi maneə yaradır, supermarketlərdə müstəqil və müxalifət qəzetlərinin satışını qadağan edir.

Redaktorlar prezidentdən xahiş edirlər ki, problemin həlli məqsədilə məsələyə müdaxilə etsin. KİV rəhbərləri hakimiyyət nümayəndələri ilə birlikdə KİV-in yayım sahəsinin sağlamlaşdırılması üçün xüsusi siyasət həyata keçirməyə hazırdır.

Son vaxtlar Bakının mərkəzində abadlaşdırma adı altında 20 köşk yığışdırılıb. Onlardan yalnız 5-i quraşdırılıb. Gəncədə 22, Sumqayıtda 12 köşk götürülüb. Onların hamısı dövlətin nəzarətində olan “Qasid” və “Mətbuat yayımı” səhmdar firmalarına məxsusdur.

Nəcəf Nəcəfov Fondunun araşdırmalarına görə, Azərbaycanda 14 min nəfərə bir köşk düşür, halbuki, beynəlxalq normaya əsadən 2 min nəfərə 1 köşk nəzərdə tutulur.

2010-cu ilin əvvəlində ölkədə 637 köşk, marketlərdə 100 satış nöqtəsi, 60 küçə satışı subyekti olub.

Azərbaycanda bir köşk bir köşk 15 min nəfərə Almaniyada 1000 nəfərə, Çexiyada – 1200, ABŞ-da – 1500 nəfərə xidmət göstərir. Rusiyada 1 köşkə 3000 nəfər düşür. Bundan əlavə, Azərbaycanın 4500 kəndinin heç birində qəzet köşkü yoxdur.

Əldə olunan məlumatlara görə, Bakıda qəzet satışı ilə deyil, qida məhsullarının satışı ilə məşğul olan yeni köşklər “Xəzər” şirkətinə məxsusdur ki, bunun da arxasında Prezident Aparatının ictimai-siyasi şöbəsinin müduri Əli Həsənov durur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO