“Rayon qəzetləri İcra hakimiyyətinin təsisçiliyindən çıxarılsın”

KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli regionlarda nəşr olunan qəzetlərin bu qurumun müsabiqəsinə qatıla bilməmələrinin səbəblərinə toxunub. Modern.az xəbər V.Səfərli bunun həmin nəşrlərin təsisçi problıemi ilə bağlı olduğunu vurğulayıb. V.Səfərli deyib ki, bölgə mətbuatı icra hakimiyyətlərinin təşəbbüsü ilə yaradılıb. “Ona görə də biz region mətbuatına kömək edə bilməmişik. Bölgə qəzetləri təsiscilərini dəyişə və həmin nəşrlərin təsisçiləri jurnalist kollektivi olarsa, gələcəkdə onların inkisafına yardlm gostərərik”-deyə Fondun icraçı direktoru bildirib. V.Səfərli həmçinin qeyd edib ki, bütün bölgələrdə mətbəələrin qurulması planlaşdırılır. Bu məqsədlə lazımi vəsaitin ayrılması üçün Maliyyə Nazirliyi və Nazirlər Kabineti qarşısında məsələ qaldıracaqlar. Onun sözlərinə görə, bölgə qəzetlərinə Fonddan vəsait ayrılması üşün təkliflər şurada müzakirə olunacaq və xüsusi güzəştlər tətbiq olunacaq. V.Səfərli bildirib ki, yardım zamanı digər mətbuat vasitələrindən fərqli olaraq bolgə mətbuatının dövriyyəsin, tirajın da diqqət veriləcək. Fond üçün ayrılan 1milyon 300 min manat vəsaitin 1milyon 100 min manatının təşkilatlara yardım göstəriləcəyini diqqətə şatdıran V.Səfərli bildirib ki, onlarda olan məlumata görə, ayrılan vəsait 2010 -cu ildə də olduğu kimi saxlanacaq. “Hesab edirəm ki, növbəti illərdə əlavə vəsait ayrilacaq”-deyə o, vurğulayıb.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO