İranın tanınmış “Həmşəhri ” qəzeti bağlanıb

Noyabrın 23-də İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti ölkənin tanınmış qəzetlərindən olan “Həmşəhri” qəzetinin bağlanması barədə qərar qəbul edib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Həmşəhri” qəzetdə turizmə dair yerləşdirilən reklamda bəhai dini azlığına aid bir mərkəzin şəkli dərc edildiyi üçün bağlanıb.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası qurulandan bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO