İranda Azərbaycanın yazıçılarının əsərlərinin məzmunu və onların tərcümeyi-halı əks olunmuş kitab nəşrə hazırlanır. Bu kitabda Azərbaycanın 10 yazıçısının fars dilinə tərcümə edilmiş əsərləri yer alıb. Kitabın tərcüməçisi Mahmud Məhdəvidir. O bundan əvvəl də Azərbaycan yazıçılarının bir çox əsərlərini, o cümlədən Əkrəm Əylisli, Sabir Əhmədli və Anar Rzayevin əsərlərini fars dilinə tərcümə edib.