İranda 35 jurnalist həbsdədir

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi İranda 35 qəzetçinin həbsdə olmasına dair məlumat yayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, son bir il ərzində 35 jurnalist molla rejiminin təzyiqlərinə hədəf olaraq həbsə atılıb. Novruz Bayramı münasibətilə 18 jurnalistə evlərinə dönmələri üçün qısa müddətli izin verilib, lakin bu jurnalistlərin təkrar həbsxanalara dönmələri tələb olunub.
Komitə qeyd edir ki, jurnalistlərə bir sıra ittihamları qəbul etmələri üçün fiziki və psixoloji təzyiqlər göstərilir. İttihamları qəbul edəcək qəzetçiləri isə edam cəzası gözləyir. Komitənin sədri Con Simon İrandakı qəzetçilərin durumunu yaxından izləyəcəklərini bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komitə İrandakı jurnalistlərin vəziyyətinə dair hər ay hesabat yayır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO