Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” məqaləsi əlavə materiallar da daxil edilməklə kitab şəklində çapdan çıxıb.
“Media forum” saytı Azərbaycanın rəsmi KİV-lərinə istinadla xəbər verir ki, kitabı “Şərq-Qərb” nəşriyyatı çap edib.
“Gorus-2010: absurd teatrı mövsümü” məqaləsi Ermənistan prezidenti Serj Sərkisyanın oktyabrın 16-da Gorusda diaspordan olan jurnalistlər qarşısında verdiyi bəyanatlara, erməni tarixi ilə bağlı səsləndirdiyi iddialara cavab olaraq yazılıb.
Məqalə Sərkisyanın çıxışından 17 gün sonra işıq üzü görüb.
“Gorus-2010: absurd teatrı mövsümü”ndə Ramiz Mehdiyev erməni tarixinin saxtalaşdırılmasına göstərilən cəhdlərdən söz açıb və elmi mənbələrə istinad etməklə geniş tarixi arayışı oxucuların diqqətinə çatdırıb.
“Media forum”